Fransada antirekord

Fransa millisi UEFA Millətlər Liqasının V turunda İsraillə heç-heçə edib – 0:0.

Futbolpress.az xəbər verir ki, “Stad de Frans”da baş tutan görüşü 20 minə yaxın azarkeş tribunadan izləyib. Bu, yığmanın ev oyunlarındakı ən az azarkeşdir.

Bundan əvvəlki pis nəticə 2003-cü ildə Fransa – Yeni Zelandiya oyununda qeydə alınıb – 37 min fanat.