Madrid “Real”ı yarımmüdafiə xəttini gücləndirmək üçün Leverkuzen “Bayer”inin oyunçusu Florian Virtzi əsas transfer hədəfi kimi müəyyənləşdirib.
Futbolpress.az xəbər verir ki, kluba yaxın mənbələrə görə, 130 milyon avro dəyərində olan Virtz, heyəti gücləndirmək üçün həll yolu olaraq görülür. Yanvar ayında futbolçunun transferi çətin görünsə də “kral klubu” potensial yay transferini nəzərə alaraq Virtzin gedişatını yaxından izləməyi planlaşdırır. Almaniyalı yarımmüdafiəçi Leverkuzen təmsilçisində göstərdiyi performansla diqqətləri öz üzərinə çəkməyi bacarıb.
Madridlilərin məşqçilər korpusu hazırkı yarımmüdafiə dinamikasından narazılığını bildirib. Eduardu Kamavinqa, Orelyen Çuameni və Federiko Valverdeni tamamlamaq üçün Virtzin bacarıqlarına malik oyunçu axtarılır. Luka Modriç, Dani Sebalyos və Arda Gülerin önümüzdəki aylarda töhfə verəcəyi gözlənilsə də, Virtzin imzalanması yeni bir perspektiv təqdim edəcək.