Azərbaycan milli komandasının noyabrın 16-da Estoniya yığması ilə Qəbələdə keçirəcəyi UEFA Milətlər Liqasının V tur oyununun hakim təyinatları açıqlanıb.
Futbolpress.az xəbər verir ki, Qəbələ şəhər stadionunda təşkil olunacaq görüşü Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək:
16 noyabr
Azərbaycan – Estoniya
Qəbələ şəhər stadionu. Saat 18:00
Baş hakim: Con Biton
Baş hakimin köməkçiləri: Daniel Makferleyn, David Makkqi
Dördüncü hakim: Mattyu Makdermid
VAR: Endryu Dallas
AVAR: Nikolas Uolş
(Hakimlər briqadası Şotlandiyadandır)
Hakim-inspektor: Albano Janku (Albaniya)
UEFA nümayəndəsi: Ewa Gajewska (Polşa)