Belarus Futbol Federasiyası (ABFF) milli komandanın baş məşqçisi Karlos Alos ilə müqavilənin müddətini uzadıb.
Futbolpress.az xəbər verir ki, ispaniyalı çalışdırıcıyla yeni müqavilənin müddəti 2026-cı ilin noyabrına qədər artırılıb.
Qeyd edək ki, 49 yaşlı mütəxəssis Karlos 2023-cü ilin avqustundan Belarusiya millisinin sükanı arxasındadır.