“Mançester Siti”nin futbolçusu Rodri yaşıl meydanlara qayıdacağı vaxtı açıqlayıb.
Futbolpress.az xəbər verir ki, bir müddətdir zədədən əziyyət çəkən ispan yarımmüdafiəçi insayder Fabrizio Romanonun sorğusuna cavab olaraq bunları deyib:
“Düşünürəm ki, bu mövsüm qayıda bilərəm. Sağalmaq üzrəyəm və üzərimdə təzyiq yoxdur. Bu şəkildə sağalmaq vacibdir. Mövsüm uzundur, gələn yay Klublararası dünya çempionatı da olacaq. İnanıram ki, tez qayıtmağı bacaracam”.
Daha əvvəl Rodrinin bu mövsüm yaşıl meydanlardan kənarda qalacağı bildirilib. O, sentyabrda zədələnib.