Lempardın işsiz günləri başa çatmaq üzrədir

“Çelsi”nin sabiq baş məşqçisi Frenk Lempardın işsiz günləri başa çatmaq üzrədir.

Futbolpress.az xəbər verir ki, mütəxəssis “Koventri Siti” ilə danışıqlar aparır. Bu barədə “TEAMtalk” portalı məlumat yayıb. Xəbərdə danışıqların son mərhələdə olduğu bildirilib.

“Koventri Siti” İngiltərə Çempionşipində 17-ci sıradadır.

Lempard daha əvvəl “Çelsi” və “Everton”un baş məşqçisi olub. Mütəxəssis 2023-cü ilin yayından işsizdir.