Braziliya Futbol Konfederasiyasının prezidenti Ednaldo Rodriqes “Mançester Siti”nin çalışdırıcısı Xosep Qvardiola ilə danışıqlar apardıqlarını təkzib edib.
Futbolpress.az xəbər verir ki, funskioner bu barədə yerli mətbuata açıqlamasında deyib:
“Qvardiola dünyanın ən yaxşı məşqçilərindən biridir, ancaq onunla əlaqə saxlamamışıq. Biz Dorival Juniorla əməkdaşlığımızı davam etdiririk və komandanın nəticələrindən razıyıq”.
Daha əvvəl Qvardiolanın Braziliya Futbol Konfederasiyası ilə danışıqlar apardığı iddia edilib.