“Brayton”un türkü zədələndi

“Brayton”un və Türkiyə millisinin futbolçusu Ferdi Kadıoğlu zədələnib.

Futbolpress.az xəbər verir ki, müdafiəçinin sol ayaq baş barmağında yırtığ aşkarlanıb. Futbolçunun azı bir ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Ferdi bu mövsüm Premyer Liqada 6 oyunda 1 qol vurub.