Dördqat Fransa çempionu vəfat etdi

“Sent-Etyen” klubunun sabiq futbolçusu Raşid Meklufi vəfat edib.

Futbolpress.az xəbər verir ki, keçmiş yarımmüdafiəçi 88 yaşında dünyasını dəyişib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Raşid “Sent-Etyen” tarixinin ən çox qol vuran ikinci oyunçusu idi. Mərhum komandada 152 qola imza atmışdı. Raşid eyni zamanda 4 dəfə Fransa çempionu olub.