“Çelsi” Konfrans Liqasının IV turunda Ermənistanın “Noa” klubunu darmadağın edib – 8:0.
Futbolpress.az xəbər verir ki, oyun turnir tarixinin ən böyük hesablı qələbəsi kimi tarixə düşüb.
“Çelsi” tarixinin avrokuboklardakı ən böyük hesablı qələbəsi isə 1971-ci ildə olub. “Zadəganlar” həmin il “Jeness Eş” klubunu 13:0 hesabıyla məğlub edib.