Arteta: “Hakimin qərarları oyunun taleyini müəyyənləşdirdi”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta Çempionlar Liqasında “İnter”ə uduzduqları görüşü şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 0:1 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Çox üzülürəm, çünki hakimin qərarları oyunun taleyini müəyyənləşdirdi. Penalti epizodunda qayda pozuntusu yox idi. Lakin hakimin qərarı fərqli oldu”.