PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasında “Atletiko”ya uduzduqları oyunu şərh edib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis 1:2 hesabıyla bitən matçla bağlı danışarkən hücumçu problemi yaşadıqlarını söyləyib:
“Yaxşı hücumçunu hardan tapaq? Sizdə varsa, bizə verin. Öz ideyalarıma sadiq qalıram, uduzsam da, bundan dönməyəcəyəm. Fikirlərimlə, fəlsəfəmlə bu yerlərə gəlmişəm və bunun ardınca gedəcəyəm. Doğru yoldayıq. Oyunlarda kifayət qədər qol şansları yaradırıq, amma cəhdlərimiz boşa gedir. Futbolun mükafatı qoldur. Durumu düzəltməliyik”.