“Qarabağ” bu gün UEFA Avropa Liqasında növbəti oyuna çıxacaq.
Futbolpress.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Liqa mərhələsinin IV turunda “Bodo-Qlimt”in qonağı olacaq. Norveçdə baş tutacaq oyuna saat 21:45-də start veriləcək.
“Qarabağ” bundan əvvəl “Tottenhem”ə 0:3, “Malmö”yə 1:2 və “Ayaks”a 0:3 hesabıyla uduzub. “Atlılar” 3 turdan sonra 36 komanda arasında sonuncudur.
UEFA Avropa Liqası
Liqa mərhələsi, IV tur
7 noyabr
21:45 Bodo-Qlimt (Norveç) – Qarabağ
Baş hakim: Luis Qudinyu (Portuqaliya)