Mourinyo “Real”ın futbolçusunu istəyir

“Real”ın futbolçusu Arda Güler karyerasını Türkiyədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Fənərbağça” türkiyəli yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

İstanbul klubunun baş məşqçisi Joze Mourinyo rəhbərlikdən Ardanın mövsümün sonuna kimi icarəyə götürülməsini istəyib.

Güler bu mövsüm “Real”la 11 oyunda meydana çıxıb.