“Valensiya” İspaniya Kubokunda “Parla Eskuela” komandasına qarşı keçirilməli oyunun təxirə salınmasını istəyib.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Yarasalar” baş verən daşqınlar səbəbindən 7 noyabra planlaşdırılan oyunun təxirə salınması üçün müraciət edib.
Matç daha əvvəl oktyabrın 30-da keçirilməli idi, ancaq daşqınlara görə təxirə salınmışdı.