“Sumqayıt” Premyer Liqanın XII turunda “Sabah”ı məğlub edib – 1:0.
“Kimyaçılar”ın kapitanı Elvin Bədəlov “FutbolPress“ə açıqlamasında matçla bağlı fikirlərini bölüşdü:
“Ardıcıl ikinci üç xalı qazandıq. Belə qələbələr bizə çox lazım idi. Əsas olan nəticəni qazanmaqdır. İnanıram ki, bunun davamını gətirə biləcəyik”.
“Sumqayıt” baş məşqçi Vaqif Cavadovun gəlişindən sonra üç oyunda iki qələbə qazanıb. Müdafiəçi dəyişikliklə bağlı bunları dedi:
“Hansı dəyişikliklərin olduğunu deyə bilmərəm. Çünki bu, komanda daxilində olan məsələdir. Hər məşqçinin öz fəlsəfəsi var və biz onun tapşırıqlarını yerinə yetirməyə çalışırıq. Vacib məqam qələbələr qazanmaqdır”.
Bədəlov komandanın hədəflərindən də söz açdı:
“Avrokuboklar haqda düşünmək tezdi. Qış fasiləsindən sonra daha dəqiq nəsə deyə bilərik. İndi məqsədimiz hər oyun xallar qazanmaqdır”.
“Sumqayıt” çempionatda 13 xalla 6-cı sıradadır.
Şahin Cəfərov