Mourinyo fantastik məbləğə “yox” deyib

“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo Səudiyyə Ərəbistanıdan təklif alıb.

Futbolpress.az xəbər verir ki, bu mövsüm əsas liqaya yüksələn “Əl Qadisiya” portuqaliyalı mütəxəssisə illik 50 milyon avro maaş təklif edib. Bu barədə xarici KİV məlumat yayıb.

“Fənərbağça”dan əvvəl ərəblərdən təklif alan Mourinyonun cavabı “yox” olub. O, daha sonra Türkiyə klubu ilə 2 illik müqavilə imzalayıb.

“Fənərbağça” Super Liqada 11 turdan sonra 25 xalla 2-ci sıradadır.