Perulu futbolçunu ildırım vurdu

Perulu müdafiəçi Xose Uqo De la Krus Mesa oyun zamanı ildırım vurması nəticəsində ölüb.

Futbolpress.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Peru çempionatının “Yuventud” – “Çokka” matçının 23-cü dəqiqəsində stadiona ildırım düşüb. Hadisə nəticəsinə 35 yaşlı müdafiəçi Xose vəfat edib.

Müdafiəçinin yanında olan qapıçı isə ciddi xəsarət alıb.