Azərbaycan millisinin futbolçusu Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” Albaniya çempionatında növbəti oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, sözügedən komanda “Tirana”nı qəbul edib. Matç “Eqnatiya”nın qələbəsiylə başa çatıb.
Zamiq bu görüşdə start heyətdə yer alıb və sona qədər oynayıb.
“Eqnatiya” 12 turdan sonra 19 xalla 10 komanda arasında 3-cü sıradadır.