“Ten Haqın qovulmasında özümü məsuliyyətli hiss edirəm”

“Mançester Yunayted”in futbolçusu Bruno Fernandeş açıqlama verib.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi komandanın sabiq baş məşqçisi Erik ten Haqla bağlı danışıb:

“Həmişə bütün gücümü meydanda qoyuram və ten Haq da bunu bilir. Gedəndən sonra onunla danışdım və üzr istədim. Hamımız məyus olduq. Onun son dönəmlərində qol vura bilmədim, komanda yaxşı nəticələr əldə etmədi. Ten Haqın qovulmasında özümü məsuliyyətli hiss edirəm”.

MY oktyabrın 28-də ten Haqla vidalaşıb. Komandaya portuqaliyalı Ruben Amorim rəhbərlik edəcək.