Arteta: “Oyunu dəyişmək üçün təhlükəli deyildik”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta Premyer Liqada “Nyukasl”a uduzduqları oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 0:1 hesabıyla bitən görüşlə bağlı bunları deyib:

“Oyuna çox yaxşı başladıq. Düşünürəm ki, diri görünürdük və hücumlar təşkil edə bilirdik. Lakin rəqib inanılmaz əks-hücumlar yaradırdı. Qol buraxandan sonra futbolçularda ruh düşkünlüyü sezildi.

Hücumlar qursaq da, kifayət qədər qol epizodları yarada bilmədik. Bu baxımdan yaxşı olmadıq. Ümumiyyətlə, 2-3 şans yaratdıq, lakin bunu da dəyərləndirə bilmədik. Oyunu dəyişmək üçün təhlükəli ola bilmədik”.