Rəşad Sadıqov: “Hər oyuna xüsusi yanaşırıq”

Azərbaycan Premyer Liqasının XII turunun “Şamaxı” – “Zirə” oyunundan (0:2) sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Gərgin oyun olacağını bilirdik. Rəqiblərimiz vacib xallar qazanmışdı. Bu oyunun önəmi artmışdı. Futbolçulara təşəkkür edirəm, oyun intizamını qorudular, peşəkar yanaşdılar. Ayxan Abbasovun komandalarına qarşı oynamaü çətindir. Birinci hissə nisbətən rahat keçdi. Fasilədən sonra rəqib üzərimizdə təzyiq yaratdı. Qol vursalar da, sayılmadı və bundan sonra onlara epizod vermədik.

– Cibrilla nə üçün oynamadı?

– Hazırlığını bərpa etsə də, tam hazır deyil.

– Qismətin zədəsi ciddidir?

– Hazırda elə vəziyyətdir ki, hər oyunçunun yoxluğu ciddi itkidir. Kollektivlə məşqə başlayandan sonda necə reaksiya verəcəyini görəcəyik.

– Qarşıda “Araz-Naxçıvan”, “Qarabağ”, “Neftçi” ilə oyunlar var. Xüsusi hazırlıq olacaq? 

– Hər oyuna xüsusi yanaşırıq. Həqiqətən, bütün oyunlar çətin keçir. Bugünkü matç da ağır idi, şükürlər olsun, üç xalla ayrıldıq.

– Son oyunlar Aydın Bayramov çox şans qazanır. Bu, digər qapıçı Tiaqo Silvanın performansına təsir edə bilər?

– Limit olmasa, bu gün Tiaqoya şans verərdim. Məsələ tək qapıdan getmir. Bütün mövqelərdə rəqabət yaratmaq istəyirik. Aydın Bayramov da çox yaxşı formadadır. Qarşıdakı turlarda heyətə, rəqibə görə qərarlar verəcəyik.

Şahin Cəfərov