“Kəpəz”in zədəlisi qayıtdı

“Kəpəz”in zədəli futbolçusu Elmir Tağıyev sağalıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Gəncə təmsilçisinin uzun müddət zədəli olan futbolçusu Elmir Tağıyev kollektiv məşqlərə qoşulub. Gənc yarımmüdafiəçi müalicə prosesi başa çatdıqdan sonra 10 gün idi ki, fərdi halda çalışırdı. Tibb xidmətinin son müayinəsinin ardından ona komanda ilə birgə məşqlərə başlamağa icazə verilib.

Tağıyev Premyer Liqanın VII turunda “Şamaxı” ilə matçda zədələnib.