“Mançester Yunayted”in yeni baş məşqçisi Ruben Amorim klubun tarixinə düşüb.
Futbolpress.az xəbər verir ki, portuqaliyalı mütəxəssis son 54 ildə “qırmızı şeytanlar”a rəhbərlik edəcək ən gənc məşqçi olub. Bu barədə “Opta Sport” məlumat yayıb.
Amorimin hazırda 39 yaşı var. “Mançester Yunayted”də sonuncu dəfə 1970-ci ildə 33 yaşlı Uilf Makqinnes komandanı çalışdıran ən gənc məşqçi olub.
Amorim noyabrın 11-dən işə başlayacaq.