Azərbaycan Premyer Liqasının XII turunun “Turan Tovuz” – “Qarabağ” oyunundan (0:0) sonra meydan sahibi komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…
– Azarkeşlər üçün yaxşı oyun oldu. Ümumən, matçdan razı qaldım, amma səhvlər də var idi.
– Rəqib qapıçı yaxşı oynadı. Bu, qələbə qazana bilməməyinizə nə dərəcə təsir etdi?
– Qapıçı yaxşı oynamalıdır və nəticəyə təsir etməsi normaldır.
– Rəqibin “Qarabağ” olması oyun planında nəyisə dəyişməyə məcbur etdi?
– Təxminən, plan həmişəki kimi idi. Rəqibin ustalıq səviyyəsini də nəzərə almışdıq.
– Oyun planında futbolçular istədiklərinizi etdi?
– Planda əsas rəqibin fərdi ustalıqlarının qarşısını almaq idi.
– Son illərin çempionuna qarşı heç-heçə sizi razı salır?
– Razı deyiləm desəm, düzgün olmaz. Ümumi oyundan razı qaldım.
Şahin Cəfərov