“Mançester Yunayted”in yeni baş məşqçisi açıqlanıb.
Futbolpress.az xəbər verir ki, komandanın sükanı Ruben Amorimə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə 3 illik müqavilə imzalanıb. Amorim bu postda bir neçə gün əvvəl istefaya göndərilən Erik ten Haqı əvəzləyib.
Amorim noyabrın 11-dən komandaya rəhbərlik edəcək. “Mançester Yunayted”i bu vaxta qədər köməkçi məşqçi Rud van Nistelroy oyunlara çıxaracaq.
Amorimin son ünvanı “Sportinq” (Portuqaliya) olub.