“Real”ın oyunu təxirə salındı

İspaniya La Liqasının XII turunda noyabrın 2-də keçirilməli olan “Valensiya” – “Real” oyunu təxirə salınıb.

Futbolpress.az xəbər verir ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb. Matç Valensiya şəhərindəki güclü daşqın səbəbindən həmin tarixdə oynanılmayacaq.

Matçın keçirilmə vaxtı hələ açıqlanmayıb.