“Liverpul”un futbolçusu Federiko Kyeza karyerasını Türkiyədə davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Qalatasaray” italiyalı cinah oyunçusunun xidmətində maraqlıdır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. “Qalatasaray” Kyezanın icarəsi üçün qış transfer dönəmində rəsmi təklif göndərəcək.
27 yaşlı futbolçu bu mövsüm 3 oyunda meydana çıxıb.