“Marsel” “Fənərbağça”nın futbolçusu ilə maraqlanır

“Fənərbağça”nın futbolçusu Osayi Samuel karyerasını Fransada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Marsel” nigeriyalı cinah müdafiəçisi ilə maraqlanır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Liqa 1 təmsilçisi qış transfer dönəmində 26 yaşlı futbolçu üçün təklif göndərəcək.

Samuel bu mövsüm 8 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.