“Liqanın ən yaxşı komandalarından birinə çevriləcəyik”

“Sərhədçi” basketbol komandasının baş məşqçisi Evren Alkaya “Naxçıvan”la oyundan sonra klubun mətbuat xidmətinə açıqlama verib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis məğlubiyyəti belə şərh edib:

“Çətin oyun olacağını bilirdik. “Naxçıvan” komandası bizdən daha əvvəl toplandı. Ötən mövsüm də heyətində oynamış iki basketbolçunu saxladığı üçün sistemi rahat qura bildilər. Oyuna əslində, çox yaxşı başladıq. Səbətin altında istədiyimiz xalları qazandıq. Amma müdafiədə bəsit səhvlər etdik. Hücumlar zamanı oyunçu yerdəyişmələrində ciddi xətalar etdik. Rəqib də bundan istifadə edib üç xallıq atışlarla önə keçdi. Yaxşı müdafiə olunmamaq səbəbindən hücum və müdafiə intizamını qoruya bilmədik. Lazımlı oyunçu dəyişiklikləri ilə daha yaxşı olacağıq. Oyunçularımızın üstün səviyyəyə gələcəyinə inanıram. Yeni aldığımı oyunçu da iki gündür burdadır və adaptasiya keçə bilməyib”.

Mütəxəssis növbəti oyunlarla bağlı fikirlərini bölüşüb:

“Qarşıdakı bir ayda hazırlaşıb liqanın ən yaxşı komandalarından birinə çevriləcəyik. Komanda olmaq elə də asan deyil. 10-12 oyunçu bir yerə gəlib eyni şeyləri etməyə çalışır. Bunu qurmaq üçün də zaman lazımdır. Dediyim kimi bir neçə oyunçu dəyişikliyi ilə komandamızı yaxşı səviyyəyə çıxaracağıq. Əksiklərimizi yaxşı gördük”.