AFFA “Kəpəz”i 1200 manat cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda Premyer Liqanın XI turunun oyunları bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Turan Tovuz” – “Kəpəz” oyununda “Turan Tovuz” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Turan Tovuz” komandası 700 manat cərimə edilir (maddə 37);

“Turan Tovuz” – “Kəpəz” oyununda “Kəpəz” komandasında 5 nəfər sarı vərəqə aldığına görə “Kəpəz” komandası 700 manat cərimə edilir (maddə 37);

“Turan Tovuz” – “Kəpəz” oyunu bitdikdən sonra “Kəpəz” komandasının 29 nömrəli futbolçusu Dioqo Verdaska hakimin qərarına etiraz etdiyinə görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Kəpəz” komandası 500 manat cərimə edilir (maddə 42.2);

“Səbail” – “Sumqayıt” oyununda “Səbail” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Səbail” komandası 700 manat cərimə edilir (maddə 37);

“Səbail” – “Sumqayıt” oyununda “Sumqayıt” komandasında 4 nəfər sarı vərəqə aldığına görə “Sumqayıt” komandası 700 manat cərimə edilir (maddə 37);