Kyezanın durumu “Liverpul”da narahatlıq yaradır

“Liverpul”un baş məşqçisi Arne Slot yarımmüdafiəçi Federiko Kyeza haqda danışıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis italiyalı oyunçunun tez-tez zədələndiyini deyib:

“Kyezanın nə zaman qayıdacağını demək çətindir. Çünki bir az məşq edir, oyuna çıxır, sonra yenidən zədələnir”.

Daha əvvəl “Liverpul”un qış fasiləsində Kyeza ilə yollarını ayıracağı bildirilib. İtaliyalı futbolçu bu mövsüm 3 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.