Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 3-cü turun açılış oyunu baş tutub.
Futbolpress.az xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzində keçirilən görüşdə “Sərhədçi” və “Naxçıvan” klubları üz-üzə gəliblər. Oyun “Naxçıvan” klubunun 83:66 hesablı qələbəsi ilə bitib.
Qarşılaşmanın ən dəyərli basketbolçusu “Naxçıvan” klubundan Azərbaycan milli komandasının üzvü Nəzər Quliyev (18 xal, 7 ribaund) seçilib.