Portuqaliyalı mütəxəssis “Mançester Yunayted”i çalışdıra bilər

“Sportinq”in baş məşqçisi Ruben Amorim “Mançester Yunayted”ə rəhbərlik edə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Portuqaliyalı mütəxəssis “qırmızı şeytanlar”ın yeni baş məşqçisi olmağa razılıq verib.

Portuqaliyanın “A Bola” nəşri “Sportinq”in mütəxəssis üçün 30 milyon avro təzminat tələb etdiyini yazıb.

39 yaşlı məşqçi 2020-ci ildən “Sportinq”i çalışdırır. Komanda onun rəhbərliyi altında ötən mövsümdə Portuqaliya çempionu olub.