“Sabah”ın futbolçusu əməliyyat olundu

“Sabah”ın futbolçusu İvan Lepinitsa əməliyyat olunub.

Futbolpress.az xəbər verir ki, bu barədə “bayquşlar”ın mətbuat xidməti məlumat yayıb.

Yarımmüdafiəçi Xorvatiyanın Zaqreb şəhərində yerləşən klinikalardan birində çiyin oynağının bankart lezionu və çiyin bağlarının yırtığı əməliyyatı keçirib. Əməliyyat uğurla başa çatıb.

25 yaşlı yarımmüdafiəçi bu mövsüm Premyer Liqada 9 oyunda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.