“Dostlarım mənə yazdı ki, “futbol qazandı”

“Qızıl top” mükafatının qalibi Rodri açıqlama verib.

Futbolpress.az xəbər verir ki, “Mançester Siti”də çıxış edən ispan yarımmüdafiəçi emosiyalarını belə ifadə edib:

“Təşəkkür etməli olduğum insanlar var. Bilirəm, bu gün tək mənimçün deyil, ölkəm, ailəm üçün böyük gündür. Futbol kollektiv idman oyunudur və bu mükafatı qazanmağımda yardımçı olan hər kəsə minnətdaram.

Futbol və yarımmüdafiəçilər üçün xüsusi andır. Dostlarım mənə yazdı ki, “futbol qazandı”. Bu mükafatı almağım digər yarımmüdafiəçilər üçün də işıq olacaq”.