“France Football” nəşri tərəfindən təsis edilən “Qızıl top” mükafatını “Mançester Siti”nin futbolçusu Rodri qazanıb.
Futbolpress.az xəbər verir ki, o, ötən mövsümdə “şəhərlilər”lə Premyer Liqanın, İspaniya yığması ilə isə Avropa çempionatının qalibi olub.
Rodri Kriştiano Ronaldodan sonra Premyer Liqa klubundan “Qızıl top”u qazanan ikinci futbolçu olub. Sonuncu dəfə Ronaldo 2008-ci ildə “Mançester Yunayted”də oynayan zaman mükafatı əldə eetmişdi.