“France Football” nəşri tərəfindən ilin ən yaxşı futbolçusuna verilən “Qızıl top” mükafatının qalibi məlum olub.
Futbolpress.az xəbər verir ki, bu, “Mançester Siti”nin yarımmüdafiəçisi Rodridir. İspan futbolçu karyerasında ilk dəfə “Qızıl top”u qazanıb.
Rodri ötən mövsüm İspaniya yığması ilə Avropa çempionu olub.