Arteta bir xaldan narazıdır

“Arsenal”ın baş məşqçisi Mikel Arteta Premyer Liqada “Liverpul”a qarşı keçirdikləri oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 2:2 hesabıyla başa çatan matçla bağlı bunları deyib:

“Komandamla fəxr edirəm. Oyuna yanaşmamız mükəmməl idi. Üstün tərəf biz idik və qələbə bizim olmalı idi. Sadə epizodlardan rəqibin fərqlənməsinə imkan yaratdıq. Bu, çox təhqiramizdir. Üstün oynadığımız oyunu bir xalla tamamladıq. Buna görə məyusuq”.