“Zirə”nin legioneri bir xaldan nələr yazdı?

“Zirə”nin futbolçusu Giorgi Papunaşvili Azərbaycan Premyer Liqasının XI turunda “Araz-Naxçıvan”la heç-heçə etdikləri görüşlə bağlı paylaşım edib.

Futbolpress.az xəbər verir ki, 1:1 hesabıyla bitən matçda komandasının yeganə qolunu vuran gürcüstanlı yarımmüdafiəçi sosial şəbəkə hesabında bunları yazıb:

“Əla performans və vacib bir xal. İrəli baxmağa davam!”

“Zirə” 11 turdan sonra 17 xalla 4-cü sıradadır. Komandanın ehtiyatda bir oyunu var.