Ten Haq: “Penaltidən qol buraxmağımız ədalətsizlikdir”

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq Premyer Liqanın IX turunda “Vest Hem”ə uduzduqları görüşü şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 1:2 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Bu mövsüm üçüncü dəfə haqsızlığa məruz qaldıq. Üstünlük bizdə idi, qollar vurmalıydıq, epizodlarımız da var idi, amma olmadı. İkinci hissədə rəqibin üstünə getdik. Buraxdığımız qola tez reaksiya verdik, amma son dəqiqədə penalti qolu ilə yenidən geri düşdük.

Daha möhkəm və xarakterli olmalıyıq. Penaltidən qol buraxmağımız ədalətsizlikdir”.