Azərbaycan Premyer Liqasının XI turunun “Səbail” – “Sumqayıt” oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Vaqif Cavadov jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…
– Komandama təşəkkür edirəm. Yaxşı, mübarizə oyun keçdi. Futbolçularım oyun, istək baxımından rəqibi üstələdi. Buna görə qələbə qazandıq. Uşaqlara təşəkkür edirəm. İndi bunun davamını gətirməliyik.
– 70-ci dəqiqədən sonra geri çəkildiz.
– Yorğunluq deyildi. Sadəcə uduzmaq istəmirdik və rəqibin təzyiqinə gərə geridə qaldıq. Həm də fasilədən sknra əks-hücumda oynamağa qərar verdik. Qol epizodlarımız da oldu. Ümumilikdə komandam mübarizə apardı. İstəyi sonacan qoruduq və üç xalı qazandıq.
– Ötən oyunla bugünkü arasında nə dəyişiklik var idi?
– “Turan Tovuz”la oyunda müdafiədə qalmışdıq. Amma bu gün fərqli oynadıq, hücumda daha çox olduq. Hər rəqibə qarşı fərqli hazırlaşırıq. Amma ilk növbədə öz oyunumuzu qorumalıyıq. Addım-addım inkişaf etmək istəyirik.
Şahin Cəfərov