“Atletiko” UEFA-ya şikayət etdi

“Atletiko” Çempionlar Liqasının III turunun “Lill” ilə oyununda təyin edilən penaltidən narazıdır.

Futbolpress.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. Madrid klubu qonaqların önə keçdiyi “11 metr”lik epizodda sərt oyun olmadığını düşünür və hakimlərdən UEFA-ya şikayət edib.

“Atletiko” “Lill”ə 1:3 hesabıyla uduzub.