MLS klubları “Mançester Siti”nin futbolçusu ilə maraqlanır

“Mançester Siti”nin futbolçusu Kevin de Bruyne karyerasını ABŞ-də davam etdirə bilər.

Fubtolpress.az xəbər verir ki, yarımmüdafiəçi ilə MLS-dən bir neçə klub maraqlanır. Bu barədə “Get Football” portalı məlumat yayıb.

Daha əvvəl Səudiyyə Ərəbistanı klublarının Kevin ilə maraqlandığı bildirilib.

33 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 1 oyuna çıxıb.