Azərbaycan millisi reytinqdə gerilədi

Azərbaycan millisi FIFA reytinqində beş pillə geriləyib.

Futbolpress.az xəbər verir ki, bu barədə ali futbol qurumunun rəsmi saytında bildirilib.

Milli 1161.8 xalla 118-ci sıradadır.

Azərbaycan yığması bu ay UEFA Millətlər Liqasında Estoniyaya 1:3, Slovakiyaya isə 1:2 hesabıyla uduzub.

Siyahıya 1883,5 xalla Argentina millisi başçılıq edir.