“Bavariya” Çempionlar Liqasının Liqa mərhələsinin III turunda “Barselona”ya uduzub – 1:4.
Futbolpress.az xəbər verir ki, Münhen təmsilçisi tarixində birinci dəfə ÇL-də ardıcıl üç səfər oyununda məğlub olub.
“Bavariya” bu mövsüm “Barselona”dan əvvəl İngiltərədə “Aston Villa”ya uduzub (0:1). Münhenlilər ötən ilin yarımfinalında isə Madriddə “Real”a məğlub olmuşdu (1:2).