Flik: “Oyunçularımın keyfiyyəti göz qabağındadır”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik Çempionlar Liqasında “Bavariya”ya qalib gəldikləri oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 4:1 hesabıyla qələbə qazandıqları matçda het-trik edən Rafinya haqda bunları deyib:

“Rafinya inanılmaz oyunçudur. Onun keçmişinə baxsanız, indi hansı səviyyəyə yüksəldiyini görərsiniz. Hücumda olduğu kimi müdafiədə də inamlı oynayır. Çox xoşbəxtəm. Oyunçularımın keyfiyyəti göz qabağındadır. Fasilədən sonra rəqibin təzyiqi artsa da, topa nəzarəti itirmədik və çox yaxşı nəticə qazandıq”.