İnzaqi: “Qələbəyə sona qədər inanırdıq”

“İnter”in baş məşqçisi Simone İnzaqi Çempionlar Liqasında “Yanq Boyz”a qalib gəldikləri görüşü şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 1:0 hesabıyla bitən oyunla bağlı bunları deyib:

“Çempionlar Liqasında asan oyunlar olmur. Son görüşlərdə İtaliya komandaları problemlər yaşamışdı. Biz irəli yaxşı futbol sərgilədik və çoxlu şanslar yaratdıq. Qələbəyə sona qədər inanırdıq və istədiyimiz üç xalı qazandıq.

Əvəzetmədən oyuna daxil olanlar əla çıxış etdilər. Geniş heyətimiz var. Çatışmazlıqları görürük və indi enerjimizi bərpa etməliyik”.