“Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunda bu gün “Ayaks”la qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə saat 20:45-də start veriləcək.
Amsterdam təmsilçisi Niderland Erediviziyasında 7 turdan sonra 16 xalla 3-cü sıradadır. “Ayaks” çempionatda son 5 matçın 4-də qələbə qazanıb. Yeganə heç-heçə ötən ay “Qo Ehed İqlz” ilə matçda (1:1) olub. “Ayaks” son görüşlərdə məhsuldarlığı ilə seçilir. Françesko Fariolinin rəhbərlik etdiyi kollektiv 5 matçda 15 qol vurub. Amsterdamlılar qapısında 5 qol görüb.
“Qarabağ” isə son 5 rəsmi oyunda 3 qələbə qazanıb, 2 dəfə uduzub. Məğlubiyyətlər Avropa Liqası matçlarında olub – “Tottenhem” (0:3) və “Malmö” (1:2).
“Ayaks”la bağlı daha bir diqqətçəkən məqam komandanın səfər matçlarındakı uğurlu statistikasıdır. Fariolinin yetirmələri sonuncu dəfə çempionatda avqustun 180də “Breda”ya uduzub – 1:2. Komanda bundan sonra keçirdiyi 5 səfər görüşündə məğlub olmayıb.
“Qarabağ” avrokuboklarda buna qədər Niderland komandaları ilə 4 dəfə üz-üzə gəlib və qələbə qazana bilməyib. “Tvente” ilə Avropa Liqasında 4 matç keçirən “atlılar” 1 dəfə uduzub, 3 dəfə heç-heçə edib.
“Qarabağ” bu gün “Ayaks”a qalib gələrək həm Avropa Liqasında ilk xallarını qazana, həm də niderlandlılarla duellərdə birinci qələbəsini əldə edə bilər.
Kamil Əhməd