La Liqada ayın oyunçusu kim olacaq?

İspaniya La Liqasında oktyabr ayının ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Futbolpress.az xəbər verir ki, bu barədə “Atletiko”dan Antuan Qrizmann, “Barselona”dan Robert Levandovski, “Real Sosyedad”dan Mikel Oyarsabal, “Real”dan Vinisius Junior və “Atletik”dən Aleks Berenquer namizəd göstərilib.

Qalib yarışın rəsmi saytında keçirilən sorğu nəticəsində müəyyənləşəcək.